KepezTV Player
Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində "Sabah"la "Kəpəz" birincilərin meydanında üz-üzə gəlib. Matçın 6-cı dəqiqəsində sarı-göylərin heyətində Martins Junior hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri 38-ci dəqiqədə Kahim Parrisin qolu ilə “status-kvo”nu bərpa ediblər. 55-ci dəqiqədə Cesse Sekidika “Sabah”ı hesabda önə keçirib. 79-cu dəqiqədə isə Kristian Da Silva adını tabloya yazdırıb. Qarşılaşmada son nöqtəni gəncəlilər qoyub. 84-cü dəqiqədə Amil Yunanovun başla zərbəsi qarşısıalınmaz olub. Lakin “Kəpəz”in bundan artığına gücü çatmayıb. Nəticədə 3:2 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan “Kəpəz” isə 20 xalda qalıb.
- Baxış: 110