• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 13.02.2024 12:51

Yaralı əsgərin müalicəsi davam edir

KepezTV Player

Erməni təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, əsgər Pərviz Xəlilzadə dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub. İlkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub. Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov bildirib. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır.