• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 12.02.2024 19:23

Ödənişli yolda "protiv" gedən sürücü saxlanılıb

KepezTV Player

Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda “VAZ 2121” markalı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz sakini Cavad Fərhadov etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edib və o, baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.