• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 12.02.2024 09:04

Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıblar

KepezTV Player

Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar. Yarışda 49 ölkədən 1166 idmançı iştirak edib. Azərbaycanlı idmançılardan Fərid Hacızadə və Aslan Dostuyev qızıl medal qazanıb. Daha iki idmançımız - Osman Osmanli və Cahangir Qayıbov gümüş medalla sahib olub. Hüseyn Məmmədli, Ələddin Məlikov, Rəvan Abbasov, Vüsal Qəmbərov isə bürünc medal qazanıb. Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin kateqoriyaları artırılıb.