• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 11.02.2024 18:11

Malıbəyli və Quşçular qətliamının ildönümü

KepezTV Player

Ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Qətliamın törədilməsindən 32 il ötür. 1992-ci ildə erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşanın Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib. Bu qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan QaraDağlı, AğDaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib. Malibəyli və Quşçular kəndlərində törədilən qətliamların şahidləri faciə ilə bağlı danışıblar.