• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 10.02.2024 11:22

Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları saxlanılıb

KepezTV Player

“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar. Əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.