• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1983
— 10.02.2024 11:20

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 33 kiloqram narkotik vasitə aşkarlanıb

KepezTV Player

Bakı sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə, hədə-qorxu ilə tələbetmə və digər maddələri ilə məhkum olunmuş Aqil Şirəliyev "Chevrolet Nexia" markalı avtomobildə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerindən Şirəliyevə məxsus iki ədəd torbadan ümumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotiki pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. Aqil Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astarada son bir ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngləri aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.