• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 09.02.2024 20:01

İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-dən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.