• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 09.02.2024 15:46

20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi fevralın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq.