• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 09.02.2024 08:13

"ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq"

KepezTV Player

ABŞ Səfirliyinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. 30 illik Ermənistan işğalını, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bəyanatı çox gülünc səslənir", - deyə bəyanatda bilidirilir. ABŞ diplomatları riyakarlıqdan uzaq olmağa çağırılır.