• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 08.02.2024 19:29

Magistratura və bakalavr imtahanlarında hansı dəyişikliklər edilib?

KepezTV Player

Magistraturaya daxil olmaq istəyənlər üçün bu həftə sonu qəbul imtahanının ilk cəhdi təşkil ediləcək. İmtahan bəzi yeniliklərlə baş tutacaq.

Ölkə üzrə magistratura imtahanlarında iştirak etmək istəyən 19725 bakalavr ərizə verib. 1-ci cəhd üzrə qəbul imtahanı fevralın 11-nə təsadüf edəcək. Budəfəki imtahanda xarici dil bacarıqlarının yoxlanılması ilə bağlı dəyişiklik edilib. Belə ki, bakalavrlar xarici dil bloku üzrə təqdim olunan esse tapşığını da yerinə yetirməli olacaqlar. 

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional bölməsinin müdiri: “Əvvəllər xarici dil bilmə səviyyəsi ilə bağlı 25 sual təqdim olunursa, onlardan 20-si qapalı, 5-i açıq olurdusa, artıq 20 təqdim olunacaq sualdan 5 ballı cavablar 2 tapşırıq üzrə esse yazı forması yerinə yetiriləcək. Xarici dildə biliklərin yoxlanılması DİM tərəfindən magistraturaya qəbulda dinləyib, anlama bacarıqlarının yoxlanılması ilə bağlı yazı bacarıqlarının yoxlanılması ilə bağlı esse yazı işinin yazılması artıq həyata keçirilir. Burada yazı bacarıqlarının yoxlanması balla qiymətləndirilir və 25 bal yazı bacarıqlarının yazılmasının yoxlanılmasına verilir”.

Bu dəyişikliklərdən sonra magistratura pilləsində məhz jurnalistika ixtisası üzrə təhsil almaq istəyən namizədlər 2 dəfə esse yazmalı olacaqlar.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional bölməsinin müdiri: “Jurnalistikaya sənəd verən bakalavrlar iki dəfə esse yazı işində iştirak edirlər. Birinci esse jurnalistikaya qəbul olmaq istəyən bütün bakalavrlara aiddir ki, onların xarici dilbilmə səviyyəsi ilə bağlıdır. 5 ballıq tapşırıq sərbəstdir, burada bakalavr onu yaza da bilər, yazmaya da bilər. Ancaq ikinci esse jurnalistikaya qəbul imtahanında bakalavrlar lazım olacaq mövzuya uyğun olaraq essenin qabiliyyət imtanında iştirak edirlər. Bu imtahanda mütləq iştirak etməlidirlər və onların nəticəsi məqbul qiymətləndirilməlidir ki, jurnalistika ixtisasının seçimində iştirak hüququ verilsin”.

Bundan başqa magistratura imtahanı keçirilən gün abituriyentlər də növbəti qəbul imtahanı üçün müəyyən ixtisaslar üzrə edilən yeniliyə əsasən 1 saatlıq imtahanda iştirak etməlidirlər.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional bölməsinin müdiri: “Fevral ayının 18-də DİM tərəfindən ilkin olaraq qrup üzrə sınaq imtahanı həyata keçiriləcək. 1-ci və 3-cü qruplarda dəyişiklik olub. Belə ki, 1-ci qrupda informatikayönümlü ixtisaslar üzrə informatika fənnindən, 3-cü qrupda isə artırılan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə qeydiyyatdan keçən abituriyentlər Coğrafiya fənnindən əlavə imtahan verdikləri üçün bu sınaq imtanında qeydiyyatdan keçən abituriyentlər fevral ayının 11-də 1 saatlıq imtahanda iştirak edəcəklər. Gəncə şəhəri üzrə keçiriləcək sınaq imtahanında 30 nəfərdən artıq qrup dəyişən hansı ki, digər fənnlər üzrə imtahanda iştirak edən abituriyentlər qeydiyyata alınıb və buraxılış vərəqələri verilib”.

Gəncədəki 1-ci cəhd üzrə magistratura imtahanında Nizami yurdu və ətraf rayonlardan 1365 bakalavr biliklərini yoxlayacaq. Bunun üçün 6 binada 175 zal nəzarətçisi və 15 imtahan rəhbəri prosesə cəlb edilib.

Orxan Cəfərzadə