• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 08.02.2024 15:33

Kütləvi məzarlıq aşkar edilib

KepezTV Player

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Hazırda müvafiq qurumların nümayəndələri kütləvi məzarlığa baxış keçirirlər. Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdamın Sarıcalı kəndi, Xocavəndin Edilli kəndi, Xocalının Fərrux kəndi, Füzulinin Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcərin Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları tapılıb.