• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 08.02.2024 11:23

Yol qəzası 1 nəfərin xəsarət alması ilə nəticələnib

KepezTV Player

Gəncə şəhərində yol qəzası olub. Hadisə Cavadxan və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. "VAZ 2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. "VAZ 2106"nın sərnişini, Şəmkir rayon Qafanlı kənd sakini 1983-cü il təvəllüdlü Gülnar Nağıyeva zədələnib. Kəllə-beyin travması ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakt araşdırılır. Bir neçə gün öncə də hadisə qeydə alınan ərazidə qəza baş verib. Həmin vaxt səki ilə hərəkət edən piyada avtomobillərdən birinin altında qalaraq dünyasını dəyişib.