• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 07.02.2024 16:08

Prezident seçkiləri ilə əlaqədar 600-ə yaxın Azərbaycan vətəndaşı səs verəcək

KepezTV Player

Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyində səsvermə keçirilir. 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 49 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da, Bakı vaxtı ilə saat 10:00 başlayıb. Ukraynada səhər saatlarında hava həyəcanı siqnalı verilsə də, vətəndaşlarımız təhlükəsiz şəraitdə səsvermədə fəal iştirak edirlər.