• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 07.02.2024 12:10

Digər namizədlər növbədənkənar prezident seçkisində səs veriblər

KepezTV Player

Prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkisində səs verib. O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Prezidentliyə digər namizədlər Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində, Qüdrət Həsənquliyev isə 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan yararlanıb.