• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 07.02.2024 08:50

Seçkilərdə ilk səsvermə Koreyada başlayıb

KepezTV Player

 Növbədənkənar prezident seçkisi ilə əlaqədar Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsverməyə Bakı vaxtı ilə saat 3-də start verilib. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları pasport və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər. Azərbaycanın Koreyadakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər.