Növbədənkənar prezident seçkiləri ilə bağlı bir sıra dövlət qurumları fevralın 7-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi də Nizami yurdundakı seçimlərdə əhaliyə zəruri tibbi yardım göstərmək üçün bütün tibbi heyətini səfərbər edəcək. Bunun üçün briqadaların sayı ikiqat artırılacaq. Əgər normal iş qrafikində gün ərzində 18-19 briqada sakinlərə xidmət göstərirdisə, seçkidə tibbi heyətin 40-a çatdırılması nəzərdə tutulur. Heç bir problemlə qarşılaşmamaq üçün bütün işçilər seçki məcəlləsinə uyğun təlimatlandırılıb və şöbə əlavə avadanlıq və lazımi preparatlarla təchiz olunub. Seçki günü demək olar ki, Gəncədəki bütün məntəqələr Təcili Tibbi Yardım briqadaları ilə təmin ediləcək.
Orxan Cəfərzadə
- Baxış: 175