KepezTV Player
Fevral ayının 4-5-də Tərtər rayonunda heyvan otaran zaman minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb. Hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər. Hər iki şəxsin sol ayağı amputasiya edilib. Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 80