• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 05.02.2024 10:15

Erkən nikah

16 yaşım var. Məktəbdə əlaçı idim. Belə də davam edib, müəllim olmaq istəyirdim. Uşaqların məndən qorxmayacağı bir müəllim. Amma hər şey o lənət olunası gündən başladı. Həmin gün dərsdən yenicə qayıtmışdım ki, (səs gəlir)...

Səs:Xeyir iş üçün gəlmişik.

Elçilər imiş. Bəxtəvər başıma! Axı, mən hələ uşağam!

Səs: “Allah mübarək eləsin!”

Mən uşaq olsam da, xəyallarımın puç olduğunu yavaş-yavaş anlayırdım. Artıq ali təhsilin üstündən xətt çəkməli idim. Heç orta məktəbi bitirə bilməyəcəkdim. Onların içdiyi şirinçay, mənim acı əcəl şərbətim idi əslində. “Vağzalı” səsi...

Arzularım, xəyallarım hamısı bu məktəbli çantasının içindədir artıq.

Leyla Əliyeva

 

ƏTRAFLI...