• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 05.02.2024 20:05

Fevralda gözlənilən maqnit qasırğaları olacaq

KepezTV Player

Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunluqlar nəticəsində yaranan qlobal hadisədir. Bu pozğunluqlar enerji yüklü hissəciklər, ionlaşmış maddələr və Günəşdən gələn elektromaqnit şüalanma Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Məlumata görə, fevral ayında maqnit qasırğası olan günlərin sayı çox olacaq. Ona görə də mütəxəssislər diqqət edilməli bəzi məqamlarla bağlı xəbərdarlıq edir.

Şəhər sakini: “Maqnit olanda pis olur. Ürəyimdə problem olur. Başhərlənmə olur, təzyiq qalxır. Çalışırıq bir az özümüzü qoruyaq, oturaq dincələk”.

Şəhər sakini: “Baş ağrıları, ürəkbulanma olur. Həmişə elə olanda olur”.

Şəhər sakini: “Havada maqnit olanda - sinoptiklər maqnit boriyası deyəndə, mənim təzyiqim qalxır, özümdə narahatçılıq olur. Ondan qorunmaq üçün həkimlər də deyir çölə çıxmayın. Bir də dərman içirəm”.

Şəhər sakini: “Başağrısı olur, bəzən qızdırma, təzyiq olur. Onda bilirik ki, çölə çıxmaq olmaz. Evdə oturmaq lazımdır”.

Bu gündən başlayan geomaqnit qasırğası fevralın 6-da qeyri-stabil, fevralın 7-dən etibarən isə sakit olacaq. Maqnit qasırğaları Günəşdəki partalmalar, Günəş küləkləri və digər hadisələr nəticəsində yarana bilir. Bu Günəş hadisələri baş verdikdə, Yerin maqnit sahəsinə təsir edən maqnit qasırğalarını yaradırlar. Maqnit, Yerdəki texnologiya və avadanlıqlar üçün müxtəlif problemlər yarada bilər.

Neymət Hacıyev- ekspert: “Bu Günəş səthində mövcud olan ləkələrin böyüməsi prosesidir. Ləkələrin böyümə prosesinə təsir göstərən Günəşdə yaranan temperatur şəraitidir. Əgər temperatur daha yüksək olursa, həmin ləkələrin böyümə intensivliyi artır. Bu artma onlarda daxili boşalma hesabına maqnit seli zonasının yaranması ilə müşaiyət olunur. Və Günəş səthindən ətrafa doğru elektromaqnit qasırğası meydana gəlir. Maqnit qasırğasının meydana gəlməsi yüklü ionların insan orqanizmində qan plazmasına təsir göstərir. Və nəzərə alsaq ki, plazma ionlaşmışdır və həmin qan prosesində insanlarda arterial qan təzyiqinin yüksəlməsinə şərait yaradır”.

Mütəxəssislər deyir ki, dünyada olan qlobal istiləşmə maqnit qasırğalarının meydana gəlmə intensivliyini şərtləndirən amillərdəndir. Həmçinin son günlər maqnit qasırğalarının meydana gəlməsini tez- tez gözləmək lazımdır.

Neymət Hacıyev- ekspert: “Təkcə fevral ayı üçün 3 maqnit qasırğasının meydana gəlməsi proqnozlaşdırılır. Bu tip qasırğaların meydana gəlməsi bal, ölçü sistemi ilə dəyərləndirilir. Nəzərə alsaq ki, 8-10 aralığında 3 gün müddətində baş verən maqnit qasırğasının bal gücü 2 bal gücündədir. Sonrakı baş verəcək proseslər isə yəni 15- 16 və 24- 26 aralığında fevral ayında daha 2 maqnit qasırğasında isə güc bir qədər yüksəkdir. Yəni 3 bal gücündə yüksəklik gözlənilir”.

Həmçinin maqnit qasırğaları insanın səhhətinə də təsir edə bilər. İnsanlarda başgicəllənmə, ürəkbulanma, ürək və gözlərdə ağrı, halsızlıq və yuxusuzluq müşahidə edilə bilər.

Şirxan Vəliyev- həkim: “Meteohəssas insanlarda xüsusi dəyişikliklər, baş ağrıları, təzyiqin yüksəlməsi, ürəkbulanma, ümumi halsızlıq kimi simptomlar verə bilir. Bunun daha çox təsir göstərdiyi yaş qrupu yaşlı insanlardır. Çünki onların qan-damar sitemi daha həssas olduğundan, damarların divarları elastikliyini daha da itirdiyindən, həmin maqnit qasırğaları zamanı təzyiqin yüksəlməsi daha çox rast gəlinir. Ona görə bu tip insanlar həmin qasırğalar zamanı elan olunan vaxtlarda tövsiyələrə riayət etsinlər”.

Həkimlər tövsiyə edir ki, belə günlərdə açıq havada mümkün qədər az olmaq faydalıdır. Xüsusilə günün birinci yarısını qapalı məkanlarda keçirmək tövsiyə olunur.

Aişə Rzayeva