KepezTV Player
Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi bardədə sərəncam imzalayıb. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi sərəncamda öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən dövlət başçısının yeni sərəncamı ilə bütün növ pensiyalarin indeksləşdirilərək 11,2 faiz artırıldığı açıqlanıb. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
- Baxış: 98