KepezTV Player
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Şübhəli şəxslər barəsində cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.
- Baxış: 194