• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 04.02.2024 19:09

Sumqayıtda silah, narkotik və oğurluqla bağlı saxlanılanlar var

KepezTV Player

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb. Həmçinin, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.