• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 03.02.2024 15:49

Milli Məclisində yaradılan Korsika xalqına dəstək qrupu bəyanat yayıb

KepezTV Player

"Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik". Bu barədə Azərbaycan Milli Məclisində yaradılan Korsika xalqına dəstək qrupunun yaydığı bəyanatda bildirilib. "Özünü insan hüquqlarının vətəni kimi təqdim edən Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar etməsi şovinizmdir.  Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik" - deyə bəyanatda qeyd olunub.