"Növbədənkənar prezident seçkisində tətbiq olunacaq bütün informasiya texnologiya qurğuları, video-foto və digər avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirir." Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov jurnalistlərə açıqlamasında belə deyib. Qurum rəsmisi muasir avadanlıqlarla təmin olunan məntəqələrdən də danışıb.
Allahverən İsmayılov - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini: "Qısa müddətdə 6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. 1 000 məntəqədə müşahidə kameraları quraşdırılıb. Qurğu və avadanlıqlarımız o qədər müasirdir ki, qarşıdan gələn bir neçə onilliklərdə onlardan istifadə imkanımız olacaq"
- Baxış: 117