KepezTV Player
"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb. Məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb. Buna səbəb oyunçunun əvəzedicilərin çempionatında, "Səbail-2" ilə matçda komanda yoldaşını vurması olub. Məlumata görə, onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil. AFFA İntizam Komitəsi isə təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib. 2019-cu ildən klubsuz qalan yarımmüdafiəçi cari mövsümün əvvəlində karyerasını bərpa edib. Nəsirov 2015-2016-ci illərdə "Kəpəz"də də oynayıb.
- Baxış: 145