• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 01.02.2024 13:30

İstirahət mərkəzində güclü yanğın olub

KepezTV Player

Lerik rayonunun Sivəkəran kəndində istirahət mərkəzində yanğın baş verib. İstirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.