Ölkə üzrə 1000 seçki məntəqəsində, başqa sözlə desək, ümumi seçki məntəqəsinin 17 faizində veb-kameralar quraşdırılıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.
Məzahir Pənahov- Mərkəzi Seçki Komissiyasının sədri: “Bunun ən unikal tərəfi ondan ibarətdir ki, bu veb-kameralar vasitəsi ilə Azərbaycanda səsvermə günü 1000 məntəqədə bütün Azərbaycan coğrafiyasını əhatə edir, məntəqələri müşahidə etmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur, bizdən icazə almağa ehtiyac yoxdur. Mərkəzi Seçki Komissiyasının veb-saytına girməklə, dünyanın istənilən nöqtəsindən, istənilən insan səhərdən axşama qədər, heç bir məhdudiyyətsiz o prosesi izləyə bilər”.
- Baxış: 87