• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 31.01.2024 16:05

Emal sexində yanğın olub

Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən sexdə yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğının ümumi sahəsi 250 m² olan polietilen tullantılarının təkrar emalı sexində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib. Alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 3 boksdan ibarət sexin bir boksunda 50 m² sahəyə yığılan polietilen tullantıları və 1 ədəd üyütmə dəzgahı yanıb.