KepezTV Player
Gəncədə uşaqların peyvənd olunmasına başlanılıb. Ərazi üzrə qeydiyyatda olan və peyvənd vaxtı tamam olan 6 yaşa kimi uşaqlar 11 xəstliyə qarşı peyvənd edilir. Proses başlanan gündən 300-ə yaxın uşağa peyvənd vurulub.
Nəzakət Məmmədova- sakin: “Mən hər bir valideynə müraciət edirəm ki, uşaqları vaxtlı-vaxtında peyvəndə gətirsin. Uşaqların sağlamlığı üçün uşaqlarınızı peyvəndə cəlb edin. Mən də öz uşağımı gətirmişəm, çox razıyam”.
Şəfaqət Hüseynova- sakin: “Nəvəmi peyvəndə gətirmişdim. Sağ olsunlar, çox razıyam. Uşaqların peyvəndi oldu. Həkimlər qayğı ilə yanaşdı. Bütün həkimlərdən razıyam”.
Elnur Rzayev
- Baxış: 159