KepezTV Player
Qazax Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə tədbirlər keçirilib. Nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, görməni məhdudlaşdıran örtük və kustar üsulla hazırlanan pərdələrdən istifadə edən, təhlükəsizlik kəmərini taxmayan, bir sözlə yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Konstruksiya dəyişikliyi olunan nəqliyyat vasitələri isə sahiblərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.
- Baxış: 134