Beyləqanda ağır yol nəqliyyat hadisəsi olub. Yük avtomobili ilə minik avtomobili qəzaya düşüb, 3 nəfər rayon sakini ölüb. Hadisə İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. 1973-cü il təvəllüdlü Barat İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobildə idarəetməni itirərək qarşı yola çıxıb. Və 1992-ci il təvəllüdlü İlqar Məmmədovun sükanı arxasında olduğu “VAZ 2105” markalı minik maşını ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ”da olan sərnişin, 1985-ci il təvəllüdlü Şəmşir Şükürzadə hadisə yerində dünyasını dəyişib. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti bir müddət dayandırılıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 147