Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bülletenlər ilk gün Naxçıvandakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə çatıdırlacaq. Növbəti 2 gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və altı milyon beş yüz iyirmi dörd min iki yüz üç seçki bülleteni çap olunub. Seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
- Baxış: 107