• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 27.01.2024 20:15

Yanğın 8 obyektə yayılıb

Şəmkir şəhəri, 20 Yanvar küçəsindəki bazarda yerləşən 2 və bazara bitişik ərazidəki 6 obyektdə yanğın qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürən maşını, 40-a yaxın canlı qüvvəsi çağırış üzrə əraziyə cəlb olunub. Kişi və qadın gözəllik salonları, geyim və digər məhsulların satışı üzrə fəaliyyət göstərən mağazaların yerləşdiyi ümumilikdə 130 kv metr sahəni əhatə edən yanğın söndürülüb. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.