KepezTV Player
Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə dövlət tərəfindən tikilən mənzillərinin açarları təqdim olunub. 30 ailə olmaqla, 104 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Bununla da 470-ə yaxın ailənin - 1 750 nəfərin Füzuli şəhərində məskunlaşdırılması təmin edilib.
- Baxış: 68