KepezTV Player
Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs yaxalanıb. Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib. Zərərçəkmişlərə ümumilikdə 22000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.
- Baxış: 100