• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 26.01.2024 09:49

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib.