• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 25.01.2024 15:56

GDU-da qış imtahanı sessiyasında "Açıq qapı" günü

KepezTV Player

Gəncə Dövlət Universitetində "Açıq qapı” günü keçirilib. Payız semestrinin qış imtahanı sessiyası ilə bağlı təşkil olunan tədbirdə valideynlər və media nümayəndələri iştirak ediblər. Əvvəlcə valideynlərə imtahan prosesi barədə məlumat verilib. İmtahanların nəzarət altında, şəffaf və obyektiv keçirildiyi vurğulanıb. Daha sonra valideynlər imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Eləcə də otaqlarda quraşdırılan müşahidə kameraları vasitəsilə imtahan prosesi ilə monitordan tanış olublar. Baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi yüksək qiymətləndirilib, biliklərin obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər. 

Aişə Rzayeva