KepezTV Player
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb. Rusiya tərəfi təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu bildirib. Belqorod vilayətinin qubernatoru İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 74 nəfərin öldüyünü açıqlayıb. Təyyarə yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı informasiya araşdırılır. Bu barədə isə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub. Nazirlik qeyd edib ki, Ukraynanın rəsmi şəxslərinin açıqlamasını gözləyir, Rusiyanın yaydığı xəbərlərə inanmırlar. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölənlərdən 65-i əsrilikdə olan Ukrayna hərbçisi, 6-sı ekipaj üzvü, 3-ü isə müşayiətçidir.
- Baxış: 127