• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 24.01.2024 16:04

Şaxtalı havada sayğacların donvurmadan qorunmasına diqqət olunmalıdır

Qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vətəndaşlara müraciətində bildirilir. Qurum abonentlərin diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.