• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 24.01.2024 12:13

Bakıya narkotik vasitə gətirən şəxs saxlanılıb

KepezTV Player

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsi həmin narkotik vasitəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və Bakı şəhəri ərazisinə çatdırmaq tapşırığı aldığı müəyyən edilib. A.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Azər Hüseynov- saxlanılan: "Keçən ildən tanıdığım iranlı şəxs demişdi ki, narkotik olanda sənə deyəcəm, onu Bakıya çatdırmaq lazım olacaq. Bir neçə gün bundan əvvəl zəng elədi. Cəlilabad rayonuna gəldim. O, mənə narkotikin harda olmağını şəkil vasitəsilə bildirmişdi. Mən həmin narkotiki götürdüm, Bakıya qayıdanda tutuldum".