• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 23.01.2024 11:43

Salonda tətbiq edilən kosmetik vasitələrin təhlükəsi

“Qadının iki güclü silahı var. Onlardan biri göz yaşları, digəri isə kosmetikadır“. Bu sözlərin müəllifi dünyanın ən gözəl sarışın xanımı əfsanəvi Merlin Manrodur. Bəlkə də vaxtilə onun dediyi bu sözləri bir çox qadın indi təsdiqləyər. Xanımları kosmetikasız təsəvvür etmək hazırda çox çətindir. Kosmetik vasitələr indi hər bir zərif cinsin nümayəndəsinin həyatının bir hissəsinə çevrilib. Ancaq onlardan istifadə etməzdən əvvəl, dərinin və saçın ehtiyaclarına uyğun məhsulların seçilməsi çox vacibdir.  Bunlarla yanaşı, son zamanlar xanımlar arasında ən geniş yayılmış trendlərdən biri qaynaq edilən dırnaqlardır. Hər kəs gündəlik ətrafda uzun, rəngarən, üzəri naxışlı, süni dırnaqlı xanımlarla, tez-tez rastlaşır.

Nərmin Mirzəyeva– dırnaq ustası: “Dırnaq sənəti adi bir peşə kimi görünsə də diqqət eləməli olduğumuz məqamlar çoxdur. İlk olaraq sterilizasiyaya önəm vermək lazımdır. Çünki manikür zamanı qanamadan, qan vasitəsilə keçən bütün xəstəlikləri bir müştəridən digərinə ötürə bilərik. Başqa diqqət yetirməli olduğumuz məqam isə dırnaq qaynağını işləyərkən, dırnağı zədələməməkdir. Dırnağın arxitekturasını düzgün işləmək də vacibdir. Gigiyenaya riayət olunmadığı halda qan vasitəsilə keçən bütün xəstəliklər bir müştəridən digərinə ötürülə bilər. Fasilə verilərək düzgün işlənən dırnaq heç bir problem yaratmır”.

 Dırnaq sənəti adi bir peşə kimi görünsə də, diqqət eləməli olduğumuz məqamlar çoxdur. Onlardan biri də dırnaq qaynağını işləyərkən, sədəfi zədələməmək və işlənilən aparatların sterilizə olunmasıdır. Təbii dırnağın kökündən yonularaq əvəzində tərkibi müxtəlif kimyəvi maddələrdən ibarət gel vasitəsilə hazırlanan süni dırnaq nə dərəcədə təhlükəsiz ola bilər? Üstəlik, bu qaynaq aylarla insanın dırnaq ətində qalır...

Günay Əsgərova

 

ƏTRAFLI...