• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 23.01.2024 16:19

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024”

KepezTV Player

Bu ilin may ayında “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı baş tutacaq. Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb. 2024-cü ilin dekabr ayında isə mədəniyyət paytaxtının rəsmi bağlanış mərasimi olacaq. Tədbirlər çərçivəsində Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı, kütləvi idman tədbirləri keçiriləcək. Həmçinin İslam ölkələrinin rəssam və fotoqraflarının sərgi və düşərgəsi, gənclər üçün yay düşərgələri və s. tədbirlər təşkil olunacaq.