• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 22.01.2024 15:40

Üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb. Şəxsin üzərindən “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı, 12 ədəd güllə, 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.