• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 22.01.2024 15:36

Silah-sursat gizlədən şəxs həbs edilib

KepezTV Player

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənov Sərxan Baloğlan oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, həmin silahı azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. Faktla bağlı  cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.