Şəkidə polis yerli sakin, əvvəllər Rusiyada adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimovu saxlayıb. Ondan atəşə tam yararlı “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq götürülüb. Bundan başqa, şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş qardaşlar - Əli və Məhəmməd İsaqovlar saxlanılıblar. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Qəniməti satıb, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. Faktlarla bağlı cinayət işləri başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 126