• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 22.01.2024 12:01

Silahlı narkotacir ələ keçib

KepezTV Player

Göyçayda polis Masallı sakini, əvvəllər qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş 29 yaşlı Elməddin Rzayevi saxlayıb. Ondan 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Şəxsin narkotik vasitələri və odlu silahı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib. Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.