• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 22.01.2024 08:44

Yol qəzası olub, xəsarət alanlar var

KepezTV Player

Bakının Sabunçu rayonunda “Kia”markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol qəzası baş verib. “Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.