• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1548
— 21.01.2024 18:40

Ağdamda mina partlayıb, bir nəfər xəsarət alıb

KepezTV Player

Bu gün saat 13:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. Ağcabədi rayon Kürtlər kənd sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.