100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin məntəqə seçki komissiyasının sədrləri və üzvləri üçün təlim keçirilir. İştirakçılara komissiya üzvlərinin vəzifəsi və seçki günü rolu izah olunur. Prosedur qaydaları, səslərin hesablanması, yekun pratokolun doldurulması qaydaları nümayiş etdirilir. Seçkinin şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasının təlimatına uyğun hərəkət etməyin vacibliyi vurğulanıb. Təlimə cəlb edilənlərin sualları cavablandırılıb.
İftixar Hüseynov- 100 saylı DSK-nın sədri: “Bugünkü gün qrafikə uyğun olaraq məntəqə seçki komissiyasının üzvləri, sədrləri 6 məntəqədən ibarət olmaqla təlimlər keçirilir. Seçici sayı respublikamızda artmışdır. Seçici sayı artdığına görə də bizim dairədə də əlavə olaraq 7 məntəqə yaradılmışdır. Onlardan 5 məntəqə Göygöl rayonu üzrə, 2 məntəqə isə Daşkəsən rayonu üzrə yeni məntəqələr yaradılmışdır”.
Elnur Rzayev
- Baxış: 188